Modern.az

Terrorçularla toqquşmalarda 6 türk əsgər şəhid olub

Terrorçularla toqquşmalarda 6 türk əsgər şəhid olub

Dünya

3 Sentyabr 2016, 00:03

Türkiyənin Van vilayətində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən döyüşlərdə 4  əsgər şəhid olub. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, onlardan birinin leytenant, digərlərinin çavuş olduğu bildirilir.

 

Hazırda Van vilayətinin Çaldıran rayonunda Tendürek dağı bölgəsində  qarşıdurmanın davam etdiyi bildirilir.

 

Mardin vilayətində isə terrorçularla silahlı toqquşmalarda  2 əsgər ölüb.

 

Vilayətin Dargeçit rayonunda terrorçuların təhlükəsizlik məntəqəsini atəşə tutmaları nəticəsində 3 əsgər, 3 kənd qoruyucusu və 1 mülki vətəndaş olan qadın yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan ikisi, əsgər və kənd qoruyucusu xəstəxanada vəfat ediblər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?