Almaniya kansleri Angela Merkel Türkiyənin Avropa Birliyinə üzv olması üçün 72 şərt icra etməli olduğunu deyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, alman hökumət rəhbəri yalnız bundan sonra Türkiyə vətəndaşlarının sadələşdirilmiş viza rejimindən faydalana biləcəyini deyib.
“Bu şərtlər hələ ki, icra olunmayıb. Şərtlərin icra olunması üçün əlimizdən gələni etdik lakin Türkiyə qarşılıq vermədi” – deyə Merkel deyib.
Xanım siyasətçi antiterror qanunvericiliyində və Avropaya miqrant axını məsələsində Ankara ilə ziddiyyətlərin olduğunu etiraf edib.
Vüqar İSMAYILOV