Gürcüstanın Cavaxk rayonunun Vaçian kəndində Kaçotyanovlar ailəsini öldürməkdə ittiham olunan Nodar Akopov saxlanıldığı kamerada özünü asıb. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu öldürülənlərin qohumları bildirib.
Onların sözlərinə görə, Akopov avqustun 27-də intihar edib. Qohumları hadisənin təfərrüatını hələ ki bilmirlər.
Qeyd edək ki, Vaçian kəndində yaşayan erməni ailəsi iyulun 10-da öldürülüb. Nodar Akopov evə girərək 3 uşağı və analarını öldürüb. Ailə başçısı həmin vaxt çörəkpulu qazanmaq üçün Rusiyaya gedibmiş.
Modern.az