Mərhum prezident İslam Kərimovun böyük qızı Gülnarə Kərimova atasının xatirəsinə mahnı həsr edib. Modern.az saytı xəbər verir ki, BAKU.WS-in məlumatına görə, mahnı elə Gülnarə Kərimovanın özü tərəfindən ifa edilib.
Videoçarxda 1991-ci ilə aid görüntülər yer alıb.
Qeyd edək ki, sentyabrın 2-də Özbəkistan hökuməti və parlamenti İslam Kərimovun vəfat etməsi barədə rəsmi məlumat yayıb.
Prezidentin dəfn mərasimi dünən Səmərqənddə keçirilib. Ölkədə 3 günlük matəm elan olunub.
İslam Əbdülqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.
Sözügedən videonu oxuculara təqdim edirik:
Modern.az