Modern.az

Rusiyadan Putin-Obama görüşünün nəticəsi haqda AÇIQLAMA

Rusiyadan Putin-Obama görüşünün nəticəsi haqda AÇIQLAMA

5 Sentyabr 2016, 11:11

“Rusiya prezidenti Vladimir Putinlə ABŞ rəhbəri Barak Obama arasındakı görüş yaxşı keçib. Görüş planlaşdıırlandan çox davam etdi və Suriya münaqişəsi, Ukrayna məsələsi müzakirə edildi”.

 

Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Çinin Xançjou şəhərində G20 sammiti çərçivəsində keçirilən Putin-Obama görüşü barədə danışarkən deyib.

 

Qeyd edək ki, danışıqlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri də iştirak edib.

 

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?