PKK-nın Suriyadakı qolu PYD-nin Menbiç və çevrəsində 16 yaşını tamamlamış qız və oğlanların məcburi əsgərliyə çağırdığı bildirilib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bölgədə yaşayan 16 yaşdan yuxarı qız və oğlanların məcburi əsgər aparıldığı və bir müddət təhsil veriləndən sonra terror təşkilatı İŞİD və digər cəbhələrə göndəriləcəyi bildirilib.
PYD və PKK-nın əsgərlərə 100 ABŞ dolları maaş verəcəyi öyrənilib.
Qeyd edək ki, terror təşkilatı buna bənzər tətbiqi bir neçə gün əvvəl Afrin bölgəsində də gerçəkləşdirib.
Qafar Ağayev