Modern.az

Putin Türkiyənin Suriyadakı əməliyyatı HAQDA: “Gözlənilməz olmadı”

Putin Türkiyənin Suriyadakı əməliyyatı HAQDA: “Gözlənilməz olmadı”

Dünya

5 Sentyabr 2016, 18:07

Rusiya prezidenti Vladimir Putin başa çatan G20 zirvəsinin yekunları ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin türk ordusunun Suriyaya girəcəyini öncədən bildiklərini deyib.

 

“Türkiyənin Suriyada əməliyyat keçirməsi bizim üçün gözlənilməz olmadı. Biz həyin baş verdiyi anlayırdıq”.

 

Paralel olaraq, Vladimir Putin Ankaranın münasibətləri səmimi şəkildə bərpa etməyə çalışdığını deyib.

 

“Münasibətlərimizin bərpası plan üzrə gedir sadəcə istədiyim qədər sürətlə deyil”.

 

O, Rusiyaya məxsus Su-24 təyyarəsinin pilotunu güllələməkdə təqsirli bilinən Türkiyə vətəndaşının məhkəməsini gözlədiklərini də vurğulayıb.

 

 

Vüqar İSMAYILOV         

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi