Modern.az

Filippin prezidenti Obamanı "fahişə oğlu" ADLANDIRDI

Filippin prezidenti Obamanı "fahişə oğlu" ADLANDIRDI

Dünya

5 Sentyabr 2016, 21:49

Filippin prezidenti Rodriqo Duterte amerikalı həmkarı Barak Obamanı fahişə oğlu adlandırıb və ona insan haqlarına əməl edilməsində nəsihətlərə girişməməsini məsləhət görüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı bu bəyanatla sentyabrın 5-də Laosda Şərqi Asiya sammiti ərəfəsində keçirilən mətbuat konfransında çıxış edib.

 

“Sən hörmət göstərməlisən. Bəyanatlarla və suallarla tələsmək lazım deyil. Fahişə oğlu, mən sənə sammitdə nifrin edəcəyəm”, - o, bəyan edib.

 

CNN telekanalı avqustun 30-da həmin toplantı çərçivəsində Obama ilə Dutertenin görüşəcəyi xəbərini yayıb. Amerikanın lideri görüşdə Filippində insan haqlarına əməl olunması məsələsini qaldırmaq niyyətindədir. Onlar Duterte prezident seçiləndən bəri ilk dəfə görüşəcəklər.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?