Modern.az

Dağıstanda yüksək vəzifəli polslər saxlanıldı

Dağıstanda yüksək vəzifəli polslər saxlanıldı

Dünya

5 Sentyabr 2016, 22:13

Dağıstanda bir neçə yüksək vəzifəli polis zabiti saxlanılıb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, əməliyyatı Xasavyurt və Mahaçkalada Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları həyata keçiriblər.

Saxlanılanlardan biri Xasavyurt polisinin cinayət axtarış şöbəsinin rəisi Rasul Saduevdir. Onunla yanaşı bir neçə polis zabitinin, o cümlədən Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin cinayət axtarış idarəsinin rəhbərliyinin saxlanıldığı da bildirilir.

Polislərin hamısının bir iş üzrə saxlanıldığı qeyd edilir. Zabitlərin konkret nədə şübhəli bilindiklərini isə mənbə açıqlamayıb. Digər məlumata görə, xüsusi tədbir davam edir, o cümlədən saxlanılanların evlərində və iş kabinetlərində axtarış aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?