Modern.az

Putin Kərimovu yad etmək üçün Özbəkistana gedib

Putin Kərimovu yad etmək üçün Özbəkistana gedib

6 Sentyabr 2016, 10:48

Rusiya prezidenti Vladimir Putin Özbəkistanın mərhum prezidenti İslam Kərimovun xatirəsini an maq üçün Səmərqəndə səfər edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 78 yaşlı Kərimov öz istəyi ilə Səmərqəndin Şahi-Sinda qəbirstanlığında dəfn olunub.

 

Hazırda ölkə başçısı səlahiyyətlərini yuxarı palatanın sədri Niqmatulla Yuldaşev icra edir.

 

Putinin köməkçisi Yuri Uşakov prezidentin Səmərqənd səfərinin rəsmi olmayacağını demişdi.

 

Putin isə səfər barəsində “Mütləq baş əymək üçün Səmərqəndə gedəcəm” ifadəsi işlətmişdi.

 

 

Vüqar İSMAYILOV

    

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?