Modern.az

İŞİD Avropaya yeni hücumlarla bağlı çağırış etdi

İŞİD Avropaya yeni hücumlarla bağlı çağırış etdi

6 Sentyabr 2016, 17:11

İŞİD Avropadakı tərəfdarlarına xəbərdarlıq edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, xəbərdarlıq mesajı İŞİD  terror təşkilatına bağlı Narşir Fondu tərəfindən verilib.

 

Sentyabrın 3-ü yazıldığı iddia edilən mesajda İŞİD "Avropada xüsusilə də Fransadakı qardaşlarımız əməllərinizi reallaşdırmaq üçün tələsin. Bundan başqa, diqqətli və ehtiyatlı olun".

 

Həmçinin  məktubda terrorçulara əllərindəki foto, video və ya digər üsulları, o cümlədən İŞİD-ə bağlı bütün məlumatı silmələri tapşırığı verilib.

 

 

Mirmahmud KAZIMOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?