Modern.az

Prezident yaraqlıları qırıb yeməklə hədələdi

Prezident yaraqlıları qırıb yeməklə hədələdi

6 Sentyabr 2016, 20:02

Filippinin prezidenti Rodriqo Duterte “Əbu-Səyyaf” qruplaşmasının yaraqlılarını öz əli ilə qırıb yeməyi vəd edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hakimiyyət bu qruplaşmanı Davaoda yaxınlarda törədilən terror aktında ittiham edir.

Duterte bəyan edib ki, terror aktının təşkilatçıları cinayətlərinə görə cavab verəcəklər.

“Vaxt gələcək, mən sizi hamının gözü qarşısında yeyəcəyəm. Əgər siz məni bərk hirsləndirsəniz, mən sizi çiy? diri-diri yeyərəm”, - o qeyd edib. 

 

Sentyabrın 2-də Davaodakı partlayış nəticəsində 14 nəfər həlak olub, 60-a taxın adam yaralanıb. Duterte partlayışı terror adlandırıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?