Madridin “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone 2018-ci ilin yayında İspaniya klubunu tərk etmək niyyətindədir. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, argentinalı mütəxəssis müqaviləsi başa çatandan iki il əvvəl klubdan ayrılmaq qərarındadır.
Simeone 2015-ci ilin mart ayında klubla müqaviləsini 5 il uzadıb.
46 yaşlı məşqçi “Atletiko”ya 2011-ci ildən rəhbərlik edir. Madrid klubu onunla çempion olub, İspaniya Kubokunu və Superkubokunu qazanıb. Bundan əlavə, Simeone bu komanda ilə Avropa Liqasının və UEFA Superkubokunun da qalibi olub.
O, “Atletiko”nu iki dəfə Çempionlar Liqasının finalına çıxarıb.
Modern.az