Türkiyənin Van şəhərində Ədalət və İnkişaf Partiyasının qərargahı ərazisində əldəqayırma bomba partladılıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, partlayış qərargahın ərazisindəki polis məntəqəsinin qarşısında baş verib.
İnsident yerli vaxtla saat 22:30 radələrində qeydə alınıb. Hadisə yerindən qaçan cinayətkarların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Modern.az