Modern.az

Almaniyalı müxbir Dağlıq Qarabağa öz istəyi ilə gedib

Almaniyalı müxbir Dağlıq Qarabağa öz istəyi ilə gedib

8 Sentyabr 2016, 23:14

Almaniyanın  “Deutsche Welle” (DW) teleradioşirkətinin müxbiri Naomi Konrad Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə DW müxbiri kimi yox,  fərdi şəxs qismində səfər edib. Modern.az saytı xəbər verir ki,  APA-nın məlumatına görə, bunu “RİA Novosti”yə “Deutsche Welle” şirkətinin mətbuat-katibi Kristof Yumpelt bildirib.

 

“Bizim əməkdaşımız  Naomi Konrad Qafqaz ölkələrində humanitar vəziyyət mövzusunda infoturda iştirak etmək üçün DW-də üç həftəlik müddətə işdən azad olunmuşdu. Səfəri Robert Boş Fondunun təqaüdü hesabına maliyyələşdirilib”, - deyə Kristof Yumpelt bildirib.

 

Onun sözlərinə görə, Dağlıq Qarabağa səfər Naomi Konradın şəxsi təşəbbüsü ilə olub: “Naomi Konrad Ermənistana DW-nin nümayəndəsi kimi səfər etməyib və orada DW üçün jurnalist qismində işləmir”, - deyə Yumpelt qeyd edib.

 

Azərbaycan XİN-i bundan əvvəl “Deutsche Welle”nin qeyd olunan əməkdaşının adını "arzuolunmaz şəxslər" siyahısına salınacağını bildirib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?