Rusiya Şimali Koreyanın yeni nüvə sınaqlarını qınayır. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə bəyanatı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Nazirlik rəsmi Pxenyanı bu cür sınaqları təcili dayandırmağa səsləyib: “Bu cür nüvə sınağı Koreya yarımadası və Asiya-Sakit okean regionunda təhlükəsizlik və sülhə ciddi zərbə vurur. Yeni nüvə sınaqları Pxenyan üçün mənfi nəticələrə səbəb olacaq”.
Modern.az