Modern.az

Suriyada Türkiyə tankının vurulduğu təsdiqləndi

Suriyada Türkiyə tankının vurulduğu təsdiqləndi

9 Sentyabr 2016, 22:28

Türkiyənin Silahlı Qüvvələrinin Baş qərargahı "Fərat qalxanı" əməliyyatı zamanı Suriyada türk tankının vurulduğu barədə məlumatı təsdiqləyib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Suriyanın şimalında Tel Əl-Hava yaşayış məntəqəsində türk hərbçilərinin İŞİD silahlıları ilə toqquşma zamanı baş verib.

 

Nəticədə üç türk əsgəri ölüb, daha biri isə yaralanıb.

 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-də Suriyada "Fərat qalxanı" hərbi əməliyyatına başlayıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi