Tovuzda toyda dava zamanı Rusiya vətəndaşı döyülüb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumata görə, hadisə bu gün rayonun Qovlar şəhərində qeydə alınıb.
Şadlıq sarayında keçirilən toy məclisində qonaq qismində iştirak edən Rusiya vətəndaşı, 1982-ci il təvəllüdü Roqov Mixail Vladimiroviç müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.
Modern.az