Modern.az

Qurban Bayramı münasibəti ilə Gürcüstanda azərbaycanlı əsgərlər 2 gün evə buraxılıb

Qurban Bayramı münasibəti ilə Gürcüstanda azərbaycanlı əsgərlər 2 gün evə buraxılıb

11 Sentyabr 2016, 19:59

Azərbaycanlıların kompakt yaşadığı Marneulidə Qurban Bayramı münasibətilə təbrik banerləri quraşdırılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov məlumat verib.

 

Hazırda Marneulidə olduğu kimi, müsəlmanlar yaşayan digər bölgələrdə də banerlər quraşdırılıb və məscidlərdə və digər dini toplantılarda Qurban Bayramının məziyyətləri haqqında peyğəmbərimizin, din alimlərinin kəlamları söylənilir və izah edilir. GMİ-nin şeyxi  hər il olduğu kimi Gürcüstan Silahlı Qüvvələrində xidmət edən müsəlmanlara ölkənin Müdafiə Nazirliyinin qayğısı və diqqətini gördüklərini bildirib: ”Bu il isə Gürcüstan müdafiə naziri Gürcüstan Silahlı Qüvvələrində xidmət edən azərbaycanlı əsgərləri  Qurban Bayramı münasibətilə ailələri ilə bayramlaşmaq üçün iki gün evə buraxıb. Biz müdafiə nazirinin bu əmrini alqışlayırıq”.

 

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi