Modern.az

"Hillari Klinton qadındır, prezident ola bilməz"- Lukaşenko

"Hillari Klinton qadındır, prezident ola bilməz"- Lukaşenko

11 Sentyabr 2016, 20:11

Hillari Klinton qadın olduğu üçün ABŞ prezidenti ola bilməz. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Belarusun prezidenti Aleksandr Lukaşenko bəyan edib.

“Bütün bədbəxtlik, düşünürəm ondadır ki, o, qadındır. Yəqin ki, bu Belarusda da belədir: Əgər bizdə dekorativ prezident olsaydı, onda gözəl qadın tapılardı”, - Lukaşenko deyib.

 

O, əlavə edib ki, Amerika cəmiyyəti hələ ki  qadını, hətta Klinton kimi təcrübəli siyasətçini də  prezident seçməyə hazır deyil.

 

Belarus liderinin fikrincə, qadın ABŞ kimi hərbi dövləti idarə edə bilməz.

 

Lukaşenko iki ölkə arasında qarşılıqlı diplomatik missiya məsələsinə də toxunub. O, qeyd edib ki, ABŞ-da prezident seçkiləri keçiriləndən sonra bu ölkənin Minskdə səfirliyinin açılması məsələsi baş tutmalıdır: “Mütləq olacaq. Biz bu barədə razılığa gəlmişik”.

 

ABŞ-da prezident seçkisi noyabrın 8-də keçiriləcək. Dövlət başçısı postuna demokratların namizədi Hillari Klinton və respublikaçıların namizədi Donald Tramp iddialıdır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi