Modern.az

Yəməndə terror: 10 hərbçi öldü

Yəməndə terror: 10 hərbçi öldü

11 Sentyabr 2016, 20:34

Sentyabrın 11-də Yəmənin cənubunda törədilən terror zamanı ən azı 10 hərbçi həlak olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yaraqlı-kamikadze Abyan əyalətində ölkə prezidenti Abd Rabbo Mansur Hadiyə tabe olan ordunun mövqeyi yanında bomba qoyulan avtomobili partladıb.

 

Yəməndə 2014-cü ildən hakimiyyətlə Səudiyyə Ərəbistanının dəstəklədiyi üsyançı husilər arasında qarşıdurma səngimir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi