İŞİD terror qruplaşmasının üzvləri 19 suriyalı kişini qətlə yetirərək, onları qurbanlıq heyvan kimi ayaqlarından asıblar. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, "Əl-Arabiyyə" telekanalının saytı ekstremistlərin qətl zamanı çəkdikləri bir neçə şəkil ilə birgə məlumat yayıb.
Radikallar amansız qətli hazırda işidin işğalı altında olan Deyr-əz-Zor şəhərində, müqəddəs Qurban bayramının birinci günündə həyata keçiriblər.
Öldürülən şəxslər Suriya hökumətinə casusluq etməkdə ittiham olunublar.
Modern.az