ABŞ Dövlət katibi Con Kerri və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında növbəti telefon danışığı olub. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, onlar telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-də Suriyada "Fərat qalxanı" hərbi əməliyyatına başlayıb.
Modern.az