Özbəkistan prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Şövkət Mirzəyev dövlət başçısı postuna namizədliyini verib.
Modern.az xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası Facebook səhifəsində məlumat verib.
“UzLiDeP (Özbəkistan Liberal-Demokrat) partiyasının siyasi şurasının iclasında Şövkət Mirzəyevin prezidentliyə namizədliyi təsdiqlənib”.
Xatırladaq ki, 78 yaşlı İslam Kərimov sentyabrın 2-də insultdan keçinmişdi.
Vüqar İSMAYILOV