İtaliyada zəlzələ nəticəsində dünyasını dəyişənlərlə bağlı son məlumat açıqlanıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, son məlumata görə zəlzələdə ölənlərin sayı 297 nəfərə çatıb. Məlumata görə, bu gün zəlzələ zamanı ağır xəsarət alan daha 2 nəfər xəstəxanada vəfat edib.
Qeyd edək, avqustun 23-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücündə zəlzələ baş verib. Latsio, Umbriya və Marka vilayətlərində ciddi dağıntılar baş verib.
Modern.az