İngiltərə Premyer Liqasının 5-ci turunda tanınmış portuqaliyalı Joze Mourinyonun rəhbərlik etdiyi “Mançester Yunayted” səfərdə “Uotford”a 1:3 hesabı ilə məğlub olub.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Mourinyonun yetirmələri 62-ci dəqiqədə Avropa futbolunun parlamaqda olan ulduzu Markus Raşfordun qolu ilə hesabı bərabərləşdirib
Ancaq sonrakı dəqiqələrdə “Uotford” iki məhsuldar hücum edib.
“Mançester Yunayted” bundan əvvəl iki dəfə dalbadal uduzub: Mançester derbisində Pep Qvardiolanın “Mançester Siti”sinə 4-cü turda öz meydanında 1:2 və Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Feyenord”a səfərdə 0:1 hesabı ilə.
Mourinyonun çalışdırdığı komanda sonuncu dəfə 3 dəfə dalbadal 2006-cə ilin avqust ayında məğlub olub. O vaxt portuqaliyalı “Çelsi”nin baş məşqçisi idi.
Modern.az