Moskva yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, insident Lıtkarino şəhərində qeydə alınıb.
Helikopterin Rusiya FHN-nin axtarış-xilasetmə aviasiya mərkəzinə məxsus olduğu bildirilir. Qəzanın başvermə səbəbləri araşdırılır.
Modern.az