Gürcüstanda parlament seçkiləri finala yaxınlaşdıqca deputatlığa namizədlər arasında emosialar bir o qədər gərilir.
Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, sentyabrın 21-də keçirilən debatlar zamanı Kvemo-Kartli bölgəsindən deputatlığa namizəd Vepxiya Qurgenişvili və Polad Xalikov arasında dava düşüb.
Namizədlərdən biri digərinin üstünə qələm atdıqdan sonra namizədlər əlbəyaxa olublar. Telekanal əməkdaşlarının köməyi ilə tərəfləri bir-birindən ayırmaq mümkün olub.
Modern.az həmin videokadrları təqdim edir.
Vüqar İSMAYILOV