Amerikanın “Bloomberg” agentliyi dünya maliyyə bazarında ən nüfuzlu 50 şəxsin adını açıqlayıb.
Modern.az agentliyə istinadən xəbər verir ki, reytinqə Böyük Britaniyanın baş naziri Tereza Mey başçılıq edir. Agentliyin fikrincə, Londonun Avropanın maliyyə paytaxtı kimi qalması və Britaniyanın Avropa İttifaqından az itki ilə çıxması məhz Meydən asılı olacaq.
Dünyanın maliyyə sisteminə qlobal təsir gücünə malik 2-ci şəxslər ABŞ prezidentliyinə namizəd Donlad Tramp və xanım rəqibi Hillari Klintondur. “Bloomberg"in fikrincə, Demokrat namizəddən seçki kampaniyası zamanı söz verdiyi vergi islahatı sözünü, Trampdan isə azad ticarət, dövlət borcu və bank qanunvericilyi ilə bağlı verdiyi sözü tutması gözlənilir.
Ölkəsinin illik iqtisadi inkişaf tempinin ildə 6,5%-dən az olmayacağını söz verən Çin Xalq Respublikasının sədri Si Çzinpin isə 4-cü pillədə qərar tutub.
Növbəti pillələrdə Cez Bozes (5), Angela Merkel (6), Mario Drqai (7), Canet Yellen (8), Uorren Baffet (9) və İlon Mask (10) yerdə qərarlaşıb.
Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putin dünya maliyyə bazarına təsir gücü olan 30-cu şəxsdir.
“Bloomberg” agentliyi siyahını tərtib edərkən iqtisadi yazarlardan və jurnalistlərin mövqeyindən yararlanıb.
Vüqar İSMAYILOV