Modern.az

Klintonla Trampın ilk teledebatı sentyabrın 26-da olacaq

Klintonla Trampın ilk teledebatı sentyabrın 26-da olacaq

Dünya

22 Sentyabr 2016, 21:35

ABŞ prezidentliyinə Demokratlar partiyasının namizədi Hillari Klintonla onun Respublikaçılar partiyasından olan rəqibi Donald Tramp arasında ilk televiziya debatı sentyabrın 26-da baş tutacaq.  Modern.az xarici mediaya istinadən xəbər verir ki, debat 90 dəqiqə çəkəcək.

 

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton və milyarder Nyu-york ştatının Xempsted şəhərindəki Xofstra universitetində görüşəcəklər.

 

Noyabrın 8-də baş tutacaq seçkilərə qədər Klinton və Tramp daha iki dəfə teledebatda qarşılaşmalıdır. Ancaq birinci raund həlledici əhəmiyyət daşıyır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!