Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin təşkilatçısı olmaqda ittiham edilən Fətullah Gülən Türkiyəyə qayıtmağa hazırdır. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fətullah Gülən ZDF telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, onun Türkiyəyə qayıtması ABŞ hökumətinin çıxaracağı qərardan asılıdır: “ABŞ müsbət cavab verərsə, gedəcəyəm, problem deyil”.
Qeyd edək ki, İstanbul məhkəməsi Fətullah Gülənin həbsi barədə qərar çıxarıb. Bundan sonra Türkiyə hökuməti ABŞ-a Gülənin ekstradisiyası ilə bağlı iki sorğu yollayıb.
Modern.az