Modern.az

İraqdakı terrorda 10 nəfər ölüb

İraqdakı terrorda 10 nəfər ölüb

3 Oktyabr 2016, 21:44

İraqda törədilən terrorda ölənlərin sayı artıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, paytaxtı Bağdaddakı terrorda ölənlərin sayı 10 nəfərə çatıb.

Məlumata görə, hadisə zamanı daha 35 nəfər xəsarət alıb. Hələlik terror aktına görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, ilkin məlumatda hadisə zamanı 7 nəfərin öldüyü, 20 nəfərin yaralandığı bildirilirdi.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var