Modern.az

Türkiyədə 540 hərbçi Silahlı Qüvvələrindən uzaqlaşdırılıb

Türkiyədə 540 hərbçi Silahlı Qüvvələrindən uzaqlaşdırılıb

5 Oktyabr 2016, 22:04

Türkiyə Silahlı Qüvvələrindən (TSK) 540 hərbçi müvəqqəti olaraq uzaqlaşdırılıb. Modern.az saytı xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, Türkiyənin milli müdafiə naziri Fikri İşık bununla bağlı əmr imzalayıb.

 

Məlumata görə, Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində Dəniz Qoşunları Komandanlığından 113, Hava Qüvvələri Komandanlığından isə 427 nəfər sərəncama göndərilib.

 

Onlardan 368 nəfərinin əsgər olduğu qeyd edilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı