Modern.az

Basketbolçu oyun zamanı ölüb

Basketbolçu oyun zamanı ölüb

5 Oktyabr 2016, 23:25

Makedoniyanın “Orxid” klubuna transfer olan basketbolçu Kemron Mur ilk məşqində vəfat edib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə yerli mətbuat xəbər yayıb.

 

Bildirilib ki, daha əvvəl İtaliyanın “Kazreta” və “Venesiya” klublarında oynamış 25 yaşlı basketbolçunun mövsümün əvvəlində keçirilmiş sağlıq müayinəsində heç bir problem aşkar olunmamışdı. Ancaq onun daha əvvəl ürəyində bir dəfə sağlıq problemi olubmuş.

 

Qeyd edək ki, idmançının vəfatının dəqiq səbəbi detallı analizlərdən sonra məlum olacaq.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı