ABŞ-ın Oreqon ştatının Biverton şəhərində iki azyaşlı silahdan açılan atəşlə qətlə yetirilib.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, polisin məlumatına görə, bir nəfər kişi mənzildə 6 yaşlı oğlan və 8 yaşlı qızı güllə ilə vurub. Daha sonra özü intihar edib.
Hər üçünün cəsədini mənzilə daxil olan ana aşkar edib.
Həmin şəxslərin adları qeyd olunmur.
Modern.az