Ermənistanın baş naziri Karen Karapetyan bir neçə gün öncə əmlak və gəlir bəyannaməsini açıqlayıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, baş nazir postunun icrasına başladığı an hökumət başçısının bank hesablarında 120 milyon dram, 3,7 milyon dollar, 850 min avro və 55 milyon rubl olub.
Bundan başqa, Karen Karapetyanın 8 milyon dramdan artıq dəyəri olan 3 saat və şirkətlərdən birində 50 milyon dram dəyərində səhm payına sahib olduğu aydınlaşıb. “Lexsus” və “Toyota” markalı 2 avtomobil də onun əmlakına daxildir.
Vüqar İSMAYILOV