Ermənistanda narkoloji xidmətdə qeydiyyata alınanların sayı bu gün 5828 nəfərdir. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, 2011-ci ildən sonrakı araşdırmaya görə, bu ölkədə narkotikdən asılı olanların sayı 30 minə yaxındır.
Ancaq onların əksəriyyəti Səhiyyə Nazirliyinin, yaxud hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qalıb. Bunu jurnalistlərə Səhiyyə Nazirliyinin baş nevroloqu Petros Semerdjyan deyib.
Narkotikdən asılı ermənilərin orta yaş həddi 25-45-dir. 5828 nəfərin 88-i qadındır.
Ötən illə müqayisədə narkotikdən asılı ermənilərin sayı 9 faiz artıb.
Modern.az