Modern.az

Qlobal borcların həcmi rekord səviyyəyə çatıb

Qlobal borcların həcmi rekord səviyyəyə çatıb

6 Oktyabr 2016, 23:34

Qlobal borcların həcmi 2015-ci ilin yekunu etibarilə 152 trln. ABŞ dollarına yüksələrək qlobal ÜDM-i 2 dəfə üstələyib. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə bu barədə  Beynəlxalq Valyuta Fondunun (İMF) 2016-cı il maliyyə monitorinqi son hesabatında məlumat verilib. Məlumata görə, hesabatda qeyd olunan borclara bank və maliyyə qurumlarının borcları aid edilməyib. Hesabatda rekord səviyyəyə çatan borcların qlobal iqtisadiyyatın bərpa olunmasına mane olacağı və maliyyə böhranlarına yol açacağı bildirilib.

Hesabatda həmçinin qeyd olunub ki, maliyyə sektoru istisna olmaqla, qlobal borcların həcmi ÜDM-in 225%-ə çatıb. Bu borcun 100 trln. dollarlıq hissəsini özəl sektorun öhdəlikləri təşkil edib. Qalan 52 trln. dollar həcmində borc isə dövlətlərin öhdəlikləri olub və ÜDM-in 85%-ə bərabərdir.

 

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı