Modern.az

Yunanıstanda hava limanları bağlanır

Yunanıstanda hava limanları bağlanır

7 Oktyabr 2016, 21:12

Yunanıstanda hava limanları bağlanır. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, buna səbəb aviadispeçerlərin bazar günündən etibarən 4 günlük tətilə başlamasıdır.

Məlumata görə, mülki aviasiyadakı islahatlara qarşı keçirilən tətil zamanı ölkənin bütün aeroportları fəaliyyətini tamamilə dayandıracaq.

 

Tətil nəticəsində ölkənin turizm sahəsinə də ciddi ziyan dəyəcək. Yunanıstanın iri turizm şirkətlərindən bildiriblər ki, dövlət onlara dəymiş ziyanla bağlı heç bir kompensasiya ödəmir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı