Modern.az

Suriyada terrorçu komandir məhv edildi

Suriyada terrorçu komandir məhv edildi

8 Oktyabr 2016, 17:18

Suriyanın Latakiya əyalətində prezident Bəşər Əsədin hökumət qüvvələrinə qarşı döyüşən təşkilatlardan birinin lideri öldürülüb. Modern.az xarici mediaya istinadən bildirir ki, məhv edilən “Əhrar aş-Şam”ın komandiri Abu əl-Barraadır.

 

Onun hökumət qüvvələri ilə döyüşdə öldürüldüyü bildirilir.

 

Latakiyanın yaşayış məntəqələrinin əksəriyyəti atəşkəş rejiminə qoşulub. Ancaq bu regionda hökumət qüvvələri ilə terror qruplaşmaları arasında qızğın döyüşlər davam edir.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı