Modern.az

Kondoliza Rays: “Tramp prezident olmamalıdır”

Kondoliza Rays: “Tramp prezident olmamalıdır”

9 Oktyabr 2016, 20:56

Respublikaçılar partiyasının ümumilikdə 10 tanınmış üzvü noyabrın 8-də keçiriləcək prezident seçkilərində Donald Trampa səs verməyəcək. Modern.az xarici mediaya istinadən bildirir ki, bu, milyarder namizədin 11 il əvvəl qadınlarla bağlı həyasız fikirlərinin açıqlanmasından sonra ortaya çıxıb.

Bu cür bəyanatla oğul Corc Buşun prezidentliyi dövründə dövlət katibi işləyən Kondoliza Rays da çıxış edib.

“Donald Tramp prezident olmamalıdır”, - o, deyib.

2008-ci il prezident seçkilərində respublikaçıların namizədi olan, Arizona ştatının qubernatoru Con Makkeynin fikrincə, Trampın söylədikləri onu cüzi də olsa dəstəkləməyə imkan yaratmır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı