Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı terrorçuliuqla mübarizədə ay yarım ərzində əldə olunan uğurlar və itkilər haqda məlumat yayıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu müddətdə ölkənin hərbi qüvvələri terrorçu qruplaşmaların üzvlərinə qarşı ciddi və qərarlı mübarizə aparıb.
Bunun nəticəsində avqustun 29-dan bəri Türkiyə ərazisində 537 PKK yaraqlısı məhv dilib. Onların 417-si hərbi qarşıdurma zamanı öldürülüb.
Həmin müddətdə hərbi qarşıdurmada 88 türk əsgəri şəhid olub, 152-si yaralanıb.
Modern.az