Modern.az

Venesuela polisindən cinayətkarlara qarşı savaş

Venesuela polisindən cinayətkarlara qarşı savaş

Dünya

11 Oktyabr 2016, 23:43

Venesuelanın hüquq-mühafizə orqanları tərəfindən Miranda ştatının Karakas şəhəri yaxınlığında cinayətkar qruplaşmanın 10 üzvü zərərsizləşdirilib. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bu barədə "Globovision" telekanalının saytı xəbər yayıb.

Məlumata görə, cinayətkarlar motosikllərin qaçırılması ilə məşğul olublar. Bundan əvvəl ölkənin daxili işlər, ədliyyə və sabitlik üzrə naziri Nestor Reverol Araqua, Karabobo, Miranda ştatlarında cinayətkarlara qarşı yeni mübarizə kampaniyasının başlandığını bildirib.

Əməliyyatın gedişində son həftə ərzində Venesuelanın güc strukturları 40-dan çox cinayətkarı məhv ediblər. Onlardan onlarla qanunsuz tapança, avtomat və tüfəng götürülüb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı