Cənubi Koreyada turistləri daşıyan avtobus yanıb. Modern.az saytı xəbər verir ki, hadisə Koreyanın Ulsan şəhərində qeydə alınıb. Avtobus qəzaya uğrayandan sonra alışıb. Hadisə nəticəsində azı 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
İlkin ehtimala görə, hadisəyə səbəb şose ilə hərəkət edən avtobusun şininin partlaması olub. Nəticədə nəqliyyat vasitəsi kənardakı maneəyə çırpılaraq yanıb.
Modern.az