Modern.az

Tramp daha iki qadına qarşı nalayiq hərəkətdə günahlandırıldı

Tramp daha iki qadına qarşı nalayiq hərəkətdə günahlandırıldı

Dünya

13 Oktyabr 2016, 21:11

ABŞ prezidentliyinə namizəd Donald Tramp daha iki qadını ələ keçirməyə cəhddə günahlandırılıb. Modern.az xarici mediaya istinadən bildirir ki, daha iki amerikalı siyasətçinin onlara qarşı nalayiq hərəkətlər etdiklərini bəyan ediblər.

Onlardan biri Palm Sprinqsdə yaşayan 36 yaşlı Mindi Makqillivreydir.

Qadının sözlərinə görə, insident 13 il əvvəl Florida ştatındakı Trampa məxsus Mar-a-Laqodakı konsertdən sonra qeydə alınıb.

O vaxt 23 yaşlı olan Makqillivrey tanış fotoqrafı Ken Davidoffa çəkilişlərin aparılmasında yardım edib. Onun sözlərinə görə, o, gözlənilmədən arxadan onu kiminsə tutduğunu hiss edib.

“Mən çevriləndə Trampı gördüm. O, sanki tez baxışlarını çevirdi”, - qadın deyib.

Davidoff isə xəbər verib ki, həmin gün Makqillivrey ona deyib: “Tramp indicə məni arxadan qucaqlayıb”.

Bununla belə, fotoqraf özü insidentin şahidi olmayıb.

Milyarderlə 2005-ci ildəki əlaqəsindən “People” jurnalının müxbiri Nataşa Stiynoff da danışıb. O, öz məqaləsində bildirib ki, Tramp Mar-a-Laqoda ona qarşı nalayiq hərəkətlər edib. O, həmin yerə Trampdan və həyat yoldaşı Melanidən müsahibə almaq üçün gedibmiş

Qadın iddia edir ki, onlar otaqda tək qalanda Tramp ona girişməyə başlayıb.

“O, məni divara sıxıb və dili ilə boğazımı yalamağa başladı”, - Stoynoff yazıb.

Jurnalistin sözlərinə görə, Tramp ondan bir dəqiqə sonra, eşikağası otağa girəndən sonra əl çəkib.

Bundan əvvəl “The New York Times” Trampı nalayiq hərəkətlərinə görə günahlandıran iki amerikalının fikirlərini çap edib. 74 yaşlı Cessika Lids bəyan edib ki, 30 il əvvəl biznesmenlə yanaşı Nyu-Yorka uçanda Tramp ona girişməyə başlayıb. Qadın yerini dəyişmək məcburiyyətində qalıb.

33 yaşlı Reyçel Kruks isə bildirib ki, 2005-ci ildə “Bayrock Group” şirkətinin “Trump Tower” göydələnində katibə işləməyə başlayıb. O, bir dəfə milyarderlə liftdə rastlaşıb, işlədiyi firmanın Trampın şirkəti ilə əməkdaşlığından xəbəri olduğundan onunla salamlaşıb, özünü təqdim edib. Bu zaman siyasətçi onun əlini dərhal buraxmayıb və qızı öpməyə çalışıb - əvvəlcə üzündən, sonra dodağından. Tramp özü qadınların söylədiklərini uydurma adlandırıb.

ABŞ-da prezident seçkisi noyabrın 8-də keçiriləcək.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı