Modern.az

“ABŞ Yəmənə yeni zərbələr endirməyə hazırdır”

“ABŞ Yəmənə yeni zərbələr endirməyə hazırdır”

13 Oktyabr 2016, 23:43

“ABŞ raket hücumları baş verərsə, Yəmənə yeni zərbələr endirməyə hazırdır”. Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, bunu Ağ Evin nümayəndəsi Erik Şults jurnalistlərə bildirb.

Pentaqon daha əvvəl bildirmişdi ki, Amerika hərbi hava qüvvələri husilərin Qırmızı dəniz sahillərində nəzarət etdiyi ərazilərdə yerləşən radarlara zərbə endiriblər. ABŞ tərəfi bildirib ki, həmin radarlar onlara məxsus “Mason” və digər gəmilərin vurulması üçün istifadə olunmuşdu.

“Bizim zərbələrin məqsədi gələcəkdə ABŞ-ın gəmilərinə qarşı ola biləcək təhlükənin qarşısını almaqdır. Biz ehtiyyac olarsa istənilən raket zərbəsinə cavab verilməsinə hazırıq”, - Şults bildirib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı