İraqın paytaxtı Bağdadda törədilən terror aktı qurbanlarının sayı artır. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, terrorçu-kamikadzenin insan izdihamı yaşanan yerdə özünü partlatması nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.
Qeyd edək ki, partlayış yerli sakinlərin Məhərrəm ayındakı faciə ilə əlaqədar tədbir keçirdikləri çadırın içərisində törədilib.
Modern.az