Lozannada ABŞ, Rusiya və digər ölkə rəsmilərinin Suriya üzrə danışıqları başa çatıb. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, danışıqlar 4,5 saat davam edib. Toplantıda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri, BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura, habelə Türkiyə, Səudiyyə Ərəbistanı, İran, Qətər, İordaniya, Misir, İraqdan olan nazirlər iştirak ediblər.
Görüş iştirakçılarının birgə bəyanatının verilməsi planlaşdırılmır. Məlumata görə, Misirin, İraqın və Qətərin xarici işlər nazirləri artıq toplantının keçirildiyi binanı tərk ediblər.
20:28
İsveçrənin Lozanna şəhərində Rusiya, ABŞ və bir sıra regional dövlətlərin xarici işlər nazirlərinin iştrakı ilə Suriya münaqişəsinin nizamlanması üzrə görüş başlayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, əsas mövzularından biri atəşkəs müddətinin yenidən uzadılması olacaq.
Modern.az