Modern.az

Rusiya sərhədçiləri Şimali Koreya gəmisini atəşə tutub

Rusiya sərhədçiləri Şimali Koreya gəmisini atəşə tutub

15 Oktyabr 2016, 20:57

Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, oktyabrın 14-də Moskva vaxtı ilə saat 22:20-də (Bakı vaxtı ilə 23:20) Uzaq Şərqdə - Yapon dənizi hövzəsində KXDR bayrağı altında üzən “Daye Yanq 10” adlı gəmi Rusiyaya məxsus əraziyə daxil olaraq, sahil keşik gəmisinə hücum edib. Modern.az saytı xəbər verir ki,  Virtualaz.org FTX-nin mətbuat xidmətinə istinadən məlumatına görə,  Rusiya sərhədçiləri həyati təhlükəni nəzərə alaraq, hücum edən şəxslərə atəş açmağa məcbur olublar. Hadisə nəticəsində bir koreyalı dənizçi öldürülüb, 9 nəfər yaralanıb.

 

Məlumatda deyilir ki, koreyalı dənizçilərin Rusiyaya məxsus gəmidəki silahları ələ keçirməsinin və FTX əməkdaşlarının həyatına törətdikləri təhlükənin qarşısını almaq məqsədilə əvvəlcə bir neçə dəfə havaya atəş açılıb.

 

Koreyalıların gəmisində qeyri-qanuni ovlanmış balıq aşkar edilib.

 

Yaralılara yerində yardım edilib, sərhədi pozmuş gəminin heyəti sərhəd gəmilərinə təhvil verilib.

 

KXDR-in Vladivostokdakı konsulluğuna hadisə ilə bağlı məlumat verilib.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı