Birləşmiş Millətlər Təşkilatının nümayəndə heyəti Suriyanın Hələb şəhərinə daxil olub. Modern.az saytı xəbər verir ki, BMT Nüsrə Cəbhəsinin əsgərlərini Hələbin Əl-Kəsr bölgəsindən təxliyə edəcək.
Qeyd edək ki, BMT-nin Suriya üzrə nümayəndəsi Steffan de Mistura 6 oktyabrda təxminən 1000 Nüsrə Cəbhəsinə məxsus əsgərin Hələbi tərk etmələri barədə çağırış edib və razılıq olacağı təqdirdə BMT-nin onları müşayiət etməyə hazır olduğunu qeyd edib.
Modern.az